17 Fevral 2016 09:42
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasında fasilə başa çatıb.

Teleqraf.com xəbər verir ki, turnirin 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İlk oyun günündə iki qarşılaşma baş tutub. Fransada PSJ İngiltərə təmsilçisi "Çelsi"ni qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Digər oyunda isə "Benfika" evdə "Zenit"i məğlub edib - 1:0.

1/8 final mərhələsinin digər iki oyunu bu gün keçiriləcək.

16 fevral

Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. PSJ (Fransa) – "Çelsi" (İngiltərə) - 2:1

Qol: İbrahimoviç, 39 (1:0), Obi Migel, 45+1 (1:1), Kavani, 78 (2:1)

23:45. "Benfika" (Portuqaliya) – "Zenit" (Rusiya) - 1:0

Qol: Jonas, 90+1-pen.

Qırmızı vərəqə: Kriskito, 90 ("Zenit")

Teleqraf.com oyunların qısa icmalını təqdim edir:

Rüstəm


Müəllif: