Türkiyənin “Qalatasaray” klubu Avropa kuboklarından kənarlaşdırılıb.
Teleqraf.com xəbər verir ki, UEFA-nın qərarı ilə “sarı-qırmızılar” 1 il heç bir beynəlxalq turnirdə iştirak edə biləməyəcək. Buna səbəb İstanbul təmsilçisinin maliyyə fair-play qaydalarını yerinə yetirə bilməməsidir.
Qeyd edək ki, fevralın əvvəlində mətbuat konfransı keçirən klub prezidenti Dursun Özbək “Qalatasaray”-ın UEFA tərəfindən cəzalanacağını bildirmişdi.
"Cim-Bom" mövsümün sonunda avrokuboklara vəsiqə qazansa, cəzasını çəkməli olacaq, qazana bilməsə, cəza avtomatik qüvvədən düşəcək.
Uğur