Bu gün La Liqanın 30-cu turunda “Vilyarreal”la oyunda (2:2) “Barselona”nın lehinə növbəti penalti zərbəsi təyin olunub.
Bu, hazırkı mövsümdə Kataloniya təmsilçisinin İspaniya çempionatında qazandığı 16-cı penalti olub. Bununla da Luis Enrikenin komandası “Betis”ə məxsus olan rekordu (1986/87 mövsümü, 16 penalti) təkrarlayıb.
Qeyd edək ki, bugünkü oyundakı penaltini Neymar dəqiq yerinə yetirib.(qol.az)