Topaz Premyer Liqanın 28-ci turunun “Qəbələ”yə qarşı keçirilən oyununda “İnter” ciddi itki ikə üzləşib.
Qol.az-ın məlumatına görə, 74-cü dəqiqədə topu oyuna daxil edərkən paytaxt klubunun qapıçısı Kamran Ağayevin ayağı burxulub. Bundan sonra o, məcburi şəkildə əvəzlənib.
Onun əvəzinə meydana Georgi Lomaya daxil olub.
K.Ağayevin zədəsinin ciddi olduğu bildirilir.