11 İyun 2016 11:35
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-cı ilin may ayında vergi orqanlarına 8664 müraciət daxil olub. Onlardan 95,9 faizi ərizə, 4,0 faizi şikayət, 0,1 faizi təklifdir.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, müraciətlərin 42,9 faizi müxtəlif arayışların alınması, 32,4 faizi kameral vergi yoxlamaları, 6,8 faizi vergi borcları, 1,5 faizi səyyar vergi yoxlamaları, 2 faizi vergidən yayınma və dividentlərin verilməsi, 1,1 faizi operativ vergi nəzarəti tədbirləri, 0,3 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,4 faizi qanunsuz sahibkarlıq fəaliyyəti, 0,1 faizi korrupsiya hüquqpozmaları, 12,5 faizi digər məsələlərlə bağlıdır.

Bütün müraciətlərə vaxtında baxılıb, onların 65,5 faizi müsbət həll olunub.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin may ayı ilə müqayisədə 16,1faiz azalıb.

Hesabat dövründə vergi orqanları tərəfindən ümumilikdə 533 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafikinə əsasən, bu ilin mayın 20-də vergilər naziri tərəfindən Yardımlı rayonunda 29 vətəndaş qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər