27 Avqust 2016 16:01
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik qaz boru kəmərinin (Ionian-Adriatic Pipeline - IAP) tikintisi üzrə Anlaşma Memorandumu imzalanıb.

Memorandum Dubrovnikdə keçirilmiş forum çərçivəsində imzalanıb.

IAP boru kəmərini Azərbaycan qazını Avropaya tədarük etmək üçün nəzərdə tutulmuş Transadriatik boru kəmərinə (TAP) qoşmaq planlaşdırılır.

IAP vasitəsilə Azərbaycan qazının Cənub-Şərqi Avropanın bir neçə ölkəsinə tədarükləri təmin ediləcək.
516 kilometr uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina üzərindən keçərək Xorvatiyada yekunlaşacaq.

Boru kəmərinin buraxılış qabiliyyəti ildə 5 milyard kubmetr təşkil edəcək. ("Trend")


Müəllif:

Oxşar xəbərlər