Vergilər Nazirliyi (VN) vergi ödəyiciləri üçün bəyannamələrin təqdimetmə müddətini artırıb.
Teleqraf.com xəbər verir ki, vergi bəyannamələrinin təqdim edilməsi üçün son tarix yanvarın 20-dən 23-nə keçirilib.
Sahibkarlara möhlət verilməsi yanvarın 20-nin Ümumxalq Hüzn Günü olması, növbəti tarixlərin isə şənbə və bazar günlərinə düşməsi ilə əlaqədardır.