Dövlət Miqrasiya Xidmətinə (DMX) vətəndaşların sıx müraciət etdiyi məsələlərdən biri də ölkəyə gəliş və gedişlə bağlı miqrasiya qanunverciliyinin pozulmasına görə məhdudiyyətin vəziyyətidir.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.
Onun sözlərinə görə, bu gündən DMX-nin elektron xidmətlərinə yenisi əlavə edilib: “Artıq əcnəbilər müvafiq pasport məlumatlarını daxil etməklə bu məlumatı dərhal əldə edə biləcəklər”.