4 Sentyabr 2018 14:43
2 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şərabları Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən VI Çin-Avrasiya Sərgisində mükafatlandırılıb.

Bu barədə Teleqraf.com-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanın qabaqcıl şərab istehsalçıları nüfuzlu şərab şirkətlərinin iştirakı ilə keçirilən “İnternational Wine Challenge” müsabiqəsi çərçivəsində Şanxay Beynəlxalq Şərab Yarışında iştirak ediblər.

Müsabiqə qaydalarına uyğun olaraq, Azərbaycanın şərabları dequstasiyadan keçirilib və yüksək mükafata layiq görülüb.


Müəllif: Səxavət

Oxşar xəbərlər