"Brent" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında martın 18-i saat 21:37 (GMT+4) üçün 13,3 faiz düşərək 24,9 dollar/barel təşkil edib.
Teleqraf.com-un məlumatına görə, son dəfə "Brent" markalı neftin qiyməti 2003-cü ilin may ayında 25 dollardan aşağı olub.
Bundan əlavə, "WTI" markalı neftin qiyməti isə 21,3 faiz düşərək, 21,5 dollar/barel təşkil edib. Son dəfə bu markalı neftin qiyməti 2002-ci ilin mart ayında bu səviyyədə olub.