Səudiyyə Ərəbistanı ilə OPEC-ə üzv ölkələrin təcili görüş keçirəcəyinin gündəmə gəlməsi neftin qiymətinin artmasına səbəb olub.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, görüşün keçirilməsində məqsəd neft hasilatının azaldılması ilə bağlı yeni razılaşma əldə etməkdir.
Qeyd edək ki, London birjasında “Brent” markalı neftin bir bareli 32,73 dollara, Nyu-York Əmtəə Birjasındakı “WTI” markalı neftin bir bareli isə 26,94 dollara satılıb. Bu əvvəlki qiymətdən 6-8 dollar çoxdur. Səudiyyə Ərəbistanı neftin qiymətinin normallaşdırılması üçün OPEC ölkələrinə təcili görüş keçirməyi təklif edib.