5 İyun 2020 01:16
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində “mavi yumurta”ya tələbat artıb.

Teleqraf.com xəbər verir ki, yeni növ yumurta yüksək protein dəyəri və qida xüsusiyyətləri ilə diqqət çəkir.

Türkiyənin Ədirnə şəhərində yaşayan fermer Nəbi Eyikeyf deyir ki, pandemiya dönəmində mavi yumurtaya olan tələbatı qarşılamaqda çətinlik çəkib. O, təqaüdə çıxdıqdan sonra hobbi olaraq araucana cinsli toyuq saxlamağa başlayıb. 62 yaşlı fermer artıq bu işi kiçik biznesə çevirib:

“Tələbata uyğun olaraq mavi rəngli yumurta verən araucana cinsli toyuqların sayını artırdım. Mavi yumurtanın keyfiyyəti və protein dəyərləri digər yumurtalardan fərqlidir. Hazırda mavi yumurtanın satışı 1 lirəyədir. Bu yumurtanı yeyənlər aradakı fərqi hiss edirlər”.

Fermerin sözlərinə görə, vətəndaşlar pandemiya dönəmində sağlam qidalanmağa meyl ediblər:
"Mavi yumurtalara maraq həddindən artıq çox artdı. Bu yumurtanın keyfiyyətini bilənlər daha çox istehlak etməyə başladılar. Hazırda gələn tələbləri qarşılamaqda çox çətinlik çəkirəm. Türkiyənin bir çox bölgəsinə həm damazlıq toyuq, həm də mavi yumurta göndərirəm”.


Müəllif: Yeganə Oqtayqızı