5 İyun 2020 20:26
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nissan” şirkəti ABŞ-da 1,9 milyon avtomobili geri çağırdığını elan edib.

Teleqraf.com-un məlumatına görə, qərar avtomobillərin kapotunda qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, həmin qüsurla əlaqədar avtomobilin kapotu hərəkət zamanı öz-özünə açıla bilər.

Geri çağırılma 2013-2018-ci illərdə istehsal olunmuş “Altima” modellərinə şamil edilib.

Bundan əvvəl həmin avtomobillərdən bəziləri eyni problemə görə 3 dəfə geri çağırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər