Dünya bazarlarında neft də, təbii qaz da ucuzlaşıb.
Teleqraf.com xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 1% azalaraq 1 barelə görə 42,71 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 1,03% azalaraq 40,23 dollar təşkil edib.
Eyni zamanda Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti azalıb.
Belə ki, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,46% azalaraq 1,718 dollar təşkil edib.