4 Avqust 16:14
443

Qızıl dəstəkli Birja Ticarət Fondlarının bütün aktivləri Almaniyanın qızıl aktivlərini üstələyərək ikinci yerə yüksəlib.

Teleqraf.com xəbər verir ki, Almaniyanın qızıl aktivləri ABŞ-dan sonra ikinci yerdə qərarlaşıb.

Bazar ertəsindən etibarən Birja Ticarət Fondlarındakı qlobal aktivlərin həcmi 3365, 6 tona çatıb. Başqa sözlə, bu il qızıl aktivləri 30.5 faiz artıb. Bu, Almaniyanın ümumi qızıl aktivlərindən bir neçə ton çoxdur. ABŞ-ın ümumi qızıl aktivləri isə 8000 tondan artıqdır.

Fyuçers qızıl müqavilələri bir unsiya üçün 2000 ABŞ dolları səviyyəsini keçsə də, yüksəliş tendensiyasının davam edəcəyi ilə bağlı proqnozlar var.

“Goldman Sachs Group Inc.”in analitikləri qeyd edirlər ki, qızılın unsiya qiyməti 2300 dollardan baha ola bilər. “RBC Capital Markets”in analitikləri isə qızılın bir unsiyasının qiymətinin 40 faiz artaraq 3000 dollara qədər çatacağını ehtimal edir.

Qeyd edək ki, çərşənbə axşamı qızıl fyuçersləri bir unsiya üzrə 1995.70 dollara satılıb. Müqavilə bazar ertəsi 2009.50 dollarla ən yüksək səviyyəyə qalxıb.

Təhlilçilər qeyd edirlər ki, bu il koronavirus pandemiyası iqtisadi böyüməni yavaşladıb, bu da qızıl fondlarına dəstək qazandırıb. İnvestorlar isə artan geosiyasi gərginliyə, pulun dəyərdən düşməsinə, inflyasiyanı artırmasına, ağırlaşan dövlət borclarına və yüksək səviyyələrdəki səhmlərin qiymətləndirilməsinə diqqət çəkir.


Müəllif: Yeganə Oqtayqızı