13 Avqust 2020 17:35
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə qlobal neft tələbatı ötən illə müqayisədə gündəlik 8 milyon 100 min barel azalaraq, 91 milyon 900 min barel olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyi (UEA) proqnozlaşdırıb.

UEA bu azalmanı koronavirus epidemiyası səbəbindən dünya miqyasında aviasiya sektorunun daralması ilə izah edib.

Agentliyin iyul ayındakı hesabatına görə, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı iyun ayına nisbətən gündəlik 1 milyon 200 min barel artaraq 23 milyon 750 min barelə çatıb.

Xam neft istisna olmaqla digər qeyri-ənənəvi OPEC hasilatı gündəlik 5 milyon barel olaraq qeyd edilib. Beləliklə, OPEC-in iyul ayında ümumi neft hasilatı gündəlik 28 milyon 750 min barel olub.

Bu dövrdə OPEC-ə daxil olmayan ölkələrin neft hasilatı isə 1 milyon 240 min barel artaraq 61 milyon 200 min barelə çatıb.

Beynəlxalq Enerji Agentliyi 2021-ci ilin sonuna qədər demək olar ki, bütün rüblər üçün tələb proqnozunu endirib və ən kəskin azalma proqnozunu bu ilin ikinci yarısı üçün verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər