26 Avqust 2020 01:36
1 195
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qara dənizdə aşkar etdiyi təbii qaz yatağı ölkənin milli sərvətidir. Mavi yanacaq bu yataqdan Türkiyənin öz imkanları hesabına çıxarılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin Ekologiya və Təbii Sərvətlər naziri Fatih Dönməz yerli KİV-lərə müsahibəsində deyib.

Nazir bildirib ki, hazırda Şərqi Aralıq dənizində 8-ci kəşfiyyat quyusu qazılır. Bəzi kəşfiyyat quyularında qaz ehtiyatlarının olması güman edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər