29 Oktyabr 2020 10:24
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda xüsusi karantin rejimi dekabrın 1-dək uzadıldı. Bir sıra Avropa ölkələri də yenidən sərt karantinin tətbiqinə başlayırlar. Belə görünür ki, yoluxma sayının artması dünyanın yenidən sərt karantinə qayıtmağa məcbur edir.

Maraqlıdır, Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?

Teleqraf.com xəbər verir ki, deputat Vüqar Bayramov ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alaraq sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmir:

“Digər tərəfdən, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır. Bu baxımdan, özəl sektor mövcud qaydalarla fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yolxuma sayı kəskin artarsa, o zaman karantin rejimin sərtləşdirilməsi istisna edilmir. Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır. Yoluxma sayının minimumlaşdırılması üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz əvvəllər olduğundan daha çox vacibdir”.

İqtisadçı oktyabrın 28-də ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alındığını, 340 nəfərin isə müalicə olunaraq sağalıb və evə buraxıldığını vurğulayıb:

“Bu, o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Əvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim və çarpayı yeri azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək. Deməli, qaydalara əməl etməyimiz yalnız sərt karantin rejimin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımdan vacibdir. Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər