23 Dekabr 2020 09:32
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi tərəfindən dərc olunmuş 2020-ci il yanvar-oktyabr ayları müddətinə aid son rəqəmlərə əsasən, Meksika-Azərbaycan ikitərəfli ticarəti 43,7 milyon dollara bərabərdir, bu isə Meksikanı Latın Amerikası ölkələri arasında Azərbaycanın ikinci ticari tərəfdaşı kimi qərarlaşdırır.

Meksikanın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, ümumilikdə, sözügedən müddət ərzində Meksika Azərbaycan tərəfindən idxal olunan məhsulların mənşə ölkələri sırasında 29 yeri, Azərbaycan ixracının istiqamət ölkələləri sırasında isə 73 yeri tutur.

Sözügedən müddətdə Meksika məhsullarının Azərbaycana ixracı $43,5 milyon dollar həcmində idi, bu isə öncəki aya münasibətdə 5% artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 4.4% azalma deməkdir. Bu müsbət tendensiyanın qorunub-saxlanacağı təqdirdə 2020-ci ilin sonu üçün Meksika ilə Azərbaycan arasında ticarətin 2019-cu ildə qeydə alınmış rəqəmlərə (52,3 milyon dollar) çatacağı gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər