8 Fevral 2021 18:14
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrozona üçün iqtisadi aktivlik pandemiyadan əvvəlki səviyyələrdə 2022-ci ildən əvvəl formalaşmayacaq, ancaq 2021-ci il bərpa ili olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Mərkəzi Bankı (ECB) başçısı Kristina Laqarde deyib.

O, 2021-ci ilin avrozona üçün "canlanma ili" olacağını gözlədiyini bildirib: “Qeyri-müəyyənliklər davam etsə də, artımın ilin ortalarında sürətlənəcəyini gözləyirik. Ümidimiz 2021-ci ilin bərpa ili olmasıdır, lakin bu, iki mərhələdə baş verəcək. Birinci mərhələ kifayət qədər yüksək bir qeyri-müəyyənliklə mübarizə aparır”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər