9 Fevral 2021 17:25
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda növbəti iclası keçirilib. İclasda “Vergilər Məcəlləsinə dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirə olunub və plenar iclasda baxılması üçün tövsiyə edilib.

Teleqraf.com xəbər verir ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı - 2017-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad olunub.

Lakin hazırda qəbul edilmiş dəyişikliyə görə, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilir. Eyni zamanda kəpəyin istehsalı və satışının da ƏDV-dən azad edilməsi müddəti də 3 il artırılır.

Qüvvədə olan Məcəlləyə əsasən, kəpəyin istehsalı və satışı 2019-cu il martın 1-dən 2 il müddətinə ƏDV-dən azad edillib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər