15 Mart 2021 09:49
331
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ildə Azərbaycanda bankların restrukturizasiyası prosesi “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq davam edib.

Teleqraf.com bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, hazırda sektorun kapital adekvatlığı minimum requlyativ tələbi 2 dəfədən çox üstələyir.

Hesabat dövründə bankların aktivlərinin keyfiyyətinin qiymətləndirilməsi aparılıb, nəticələr bank menecmenti ilə geniş müzakirə olunub, müvafiq tapşırıqlar verilib. Kreditləşmənin dəstəklənməsi məqsədilə bank sektorunun sağlamlaşdırılması və kapitallaşdırılması tədbirləri davam etdirilib. Ötən il banklar nizamnamə kapitalını ümumilikdə 131,7 milyon manat artırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər