25 Mart 2021 20:40
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tualet kağızı və bənzər məhsulların ən böyük xammalı istehsalçılarından biri olan Braziliyanın “Suzano” şirkəti tədarükdə konteyner böhranı yaşadıqlarını elan edib.

Teleqraf.com xəbər verir ki, şirkətin icraçı direktoru müsahibəsində ehtimal olunan təchizat çatışmazlığı barədə xəbərdarlıq edib.

Şirkət rəsmisi daşınma üçün lazım olan konteynerlərə tələbin artdığını və bunun da şirkət daşınmalarında gecikmələrə səbəb ola biləcəyini deyib.

Şirkət konteyner çatışmazlığının səbəbini belə izah edir: “Pandemiya səbəbindən karantinlərin müddəti uzadıldı, bu dövrdə istehlakçıların kütləvi alış-verişi konteyner çatışmazlığına səbəb oldu. Nəticədə daşınma sıxıntısı getdikcə böyüyür”.

Son dövrlərdə qlobal bazarlarda xüsusilə qida və kənd təsərrüfatı məhsullarında nəqliyyat problemi sıxıntı yaradır. Konteyner böhranı xüsusilə Çinin intensiv tələbi səbəbindən aylardır gündəmdədir.

Konteyner böhranı yükləmə nisbətlərini artırmağa davam edərsə, inflyasiyanı əks etdirməsi gözlənilir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər