Bu ilin yanvar-mart aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (68,6 milyon ABŞ dolları) birinci yerdə olub.
Teleqraf.com bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın aprel sayına istinadən xəbər verir.
Siyahıda qızıl (43,2 milyon ABŞ dolları) ikinci, xurma isə (31,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.