Beynəlxalq Valyuta Fondu (BVF) 50 milyard dollarlıq peyvənd paketi ilə 2021-ci ilin sonunadək dünya əhalisinin 40 faizini, 2022-ci ilin sonunda isə qalan 60 faizini peyvəndləməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, beləliklə, BVF 2025-ci ilə qədər dünya iqtisadiyyatına 9 trilyon dollarlıq inyeksiya əlavə etmiş olacaq.
Epidemiyadan indiyədək dünyada 3,5 milyon insanın öldüyünə diqqət çəkən BVF qeyri-bərabər durumun dünya üçün ciddi risk olduğunu açıqlayıb.
BVF direktoru Kristalina Georgieva çıxışında epidemiyanın qarşısını almaq üçün zəngin ölkələrin yardım qrantlarını artırmasının vacibliyini vurğulayıb: “Bu paketi ən çox dəstəkləməsi istənən inkişaf etmiş ölkələr müasir tarixdə dövlət investisiyalarından ən yüksək gəliri təmin edəcəklər. Bu, onların ÜDM-nin 40 faizinə və 1 trilyon dollar əlavə vergi gəlirinə bərabərdir".
Təxminən 50 milyard dollara başa gəlməsi gözlənilən paketin 35 milyard dolları zəngin ölkələrin qrantları hesabına, 15 milyon dollar isə milli hökumətlərin aşağı və ya sıfır faizli kreditləri hesabına təşkil ediləcəyi gözlənilir.
G20 ölkələri 22 milyard dollarlıq qrant üçün razılığa gələrsə, geriyə 13 milyard dollarlıq qrant qalır. BVF-nin proqnozlarına görə, bu il 1 milyard doza peyvənd yardımı ediləcək və 2022-ci ilə qədər əlavə 1 milyard doza istehsal tələb olunacaq.