14 İyun 2021 16:05
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ABŞ-la enerji sanksiyalarının ləğvi məsələsində yeni bir razılaşma layihəsi əldə edib.

Teleqraf.com xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə açıqlayıb.

O, ABŞ-la İranın ticarətini məhdudlaşdıran və iqtisadiyyatına zərər verən sanksiyaların ləğvi barədə razılığa gəldiklərini açıqlayıb: “Bəzi anlaşmazlıqlara görə təməl razılıq təxirə salındı. Bəzi texniki və siyasi problemlər davam edir”.

Səid Xətibzadə ticarət məhdudiyyətlərinin nə qədərinin qaldırıldığı barədə təfərrüatları bölüşməyib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər