15 Avqust 2021 00:28
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qapalı iqtisadi modellə idarə olunan Kubada Dövlət Şurası mikro, kiçik və orta sahibkarlığın iqtisadiyyata daxil edilməsini nəzərdə tutan sənəd qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu inqilabi qərar kommunist ölkəsində böyük bir dəyişiklik kimi şərh olunur.

Dəyişiklik 1959-cu ildə Fidel Kastronu hakimiyyətə gətirən inqilabdan bəri ən böyük etirazlardan təxminən bir ay sonra baş verib.

Yeni qaydalara görə, 100-ə qədər işçisi olan müəssisələrin iqtisadiyyata daxil edilməsinə icazə veriləcək.

Son aylar Kuba hökuməti iqtisadiyyatı modernləşdirmək və adanın son 30 ildə yaşadığı ən pis iqtisadi böhranın qarşısını almaq üçün islahatları gücləndirib. Qismən ABŞ-ın sanksiyalarının təsiri səbəbindən, qismən də COVID-19-a kəskin reaksiya verməklə ərzaq, elektrik və dərman xroniki çatışmazlığı daha da ağırlaşıb.

Hazırda təxminən 600 min kubalı özəl sektorda çalışır, bu da işçi qüvvəsinin təxminən 13 faizi deməkdir.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər