18 Avqust 2021 10:25
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni növ koronavirus (COVID-19) epidemiyası hələ də iqtisadi fəaliyyətə kölgə salır, Delta variantının iqtisadiyyata təsiri isə qeyri-müəyyən olaraq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Federal Ehtiyat Sistemi (FED) İdarə Heyətinin sədri Cerom Pauel deyib.

O bildirib ki, epidemiya iqtisadiyyatı əhəmiyyətli dərəcədə dəyişib: “Bu dəyişikliklərin nə qədər davamlı olacağını zaman göstərəcək. Düşünürəm ki, pandemiyadan əvvəlki iqtisadiyyatımıza qayıtmayacağımızı bilirik, amma dəyişikliklərin tam mənzərəsini görmək üçün vaxt lazımdır".

Pouel peyvəndin sürətinin yavaşıladığını qeyd edib: " COVID-19 epidemiyası hələ də aramızdadır və bir müddət belə davam edəcək kimi görünür. Hələ qələbə elan edə bilmərik”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər