“Dollar artıq milli təhlükəsizlik məsələsinə çevrilib. Dollarla sərmayə qoyanları qınamaq olmaz. Dollardan əldə edilən gəlirin vergiyə cəlb edilməsi (idxal-ixrac biznesi ilə məşğul olanlar istisna olmaqla) ən təsirli həll yoludur”.
Teleqraf.com xəbər verir ki, bu təkliflə Türkiyənin iqtisadiyyat yazarı İbrahim Karataş çıxış edib.
O bildirib ki, dövlət vergi qoyarsa, heç kimin dövləti günahlandırmaq haqqı yoxdur: “Fərdin marağı varsa, 85 milyon insanın da, dövlətin də marağı var. Dövlət maliyyə anarxiyasına yol verməməli və bu qanqren yarasını təkcə ixracla deyil, vergilərlə də həll etməlidir. Çünki hazırda bank hesablarında 232 milyard dollar əmanət var. Bir də ciblərdə, seyflərdə və ya yastığın altında dollarlar var ki, onlar da əlavə olunduqda 300 milyarda çatır.
10 ay əvvəl 2,1 trilyon TL olan bu məbləğ indi 4 trilyon TL-dir. Təxminən 2 trilyon TL gəlir var. Bunun yarısı ixracatçıların puludursa, 1 trilyon TL gəlir var. Bu pulun yarısı vergi kimi götürülsə, 500 milyard TL olar.
Bu pulla bütün Türkiyə 3 il boyunca çörəyini pulsuz alar. Yaxud çörək, pendir, düyü, kartof kimi əsas ərzaq məhsullarının qiymətinin bir hissəsinə subsidiya verilər.
Türkiyənin pul problemi yoxdur. Problem ondadır ki, pul müəyyən əllərdə yığılır. Bizim böyük problemimiz var, lakin həlli asan və əlçatandır. Hərəkət etmək vaxtıdır”.