18 Noyabr 2014 21:26
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Neft Daşları” yatağındakı 1651 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilib.

Teleqraf.com ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu günlərdə ölkəmizin neft-qaz sənayesində əhəmiyyətli rola malik “Neft Daşları” yatağındakı 915 saylı Stasionar Dəniz Özülündən ləğv olunmuş 1651 nömrəli quyu əsaslı təmir və geoloji tədbirdən sonra istismara verilib.

Quyu Fasilə Lay Dəstəsindən 2356-2342 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismara daxil edilib.

Quyuda istismar işləri “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.


Müəllif:

Oxşar xəbərlər