2014-cü ilin noyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 11 389 metr qazma işi həyata keçirib.
Teleqraf.com ARDNŞ-yə istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 11 032 metri istismara, 357 metri isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2014-cü ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 118 840 metr qazma işi görülüb ki, bunun da 116656 metri istismara, 2184 metri isə kəşfiyyata aid olub.