1 Avqust 2022 00:42
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır".

Teleqraf.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.

"Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq", - M. Cabbarov qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər