Avropa geyim şirkətləri tekstil sərgisində sifarişlərini itirdikləri türklərlə eyni salonda olmaq istəməyiblər.
Teleqraf.com xəbər verir ki, bu qalmaqal dünyanın ən əhəmiyyətli tekstil sərgisi hesab olun “Premiere Vision Manufacturing Paris”in iyulun 4-6-da keçirilməsi planlaşdırılan yarmarkaya hazırlıq çərçivəsində baş verib.
Təzyiqlərə tab gətirə bilməyən yarmarka rəhbərliyi Türkiyəni Pakistan, Hindistan, Çin, Vyetnam, Mərakeş, Misir və Koreya kimi ölkələrlə ayrı bir salona almağa qərar verib. Buna reaksiya göstərən türk tekstil şirkətləri Parisdəki ilk görüşdən heç bir nəticə ala bilməyib və bunun üzərinə yarmarkadan çəkilmək qərarına gəliblər. Etirazı görən yarmarka rəhbərliyi Türkiyəyə nümayəndə göndərərək şirkətləri razı salmağa çalışıb.
Türk tekstil sənayesi isə bunun ayrı-seçkilik olduğunu və təklifi qəbul edə bilmədiklərin açıqlayıb: “Bu, son dərəcə alçaldıcı bir vəziyyətdir. Burada fransız, yapon, koreyalı, türk, ingilis və amerikalı qarışıq şəkildəydik. Məhsula görə ayrılırdıq. Biz bu yarmarkaya gəlmirik, amma fikrinizi dəyişib lazımi tənzimləmələri etsəniz, 2024-cü ilin fevral ayına qayıdacağıq. Bizə ikinci dərəcəli istehsalçı kimi yanaşılmasını istəmirik. Türkiyə ilə rəqabət edə bilməyən ölkələrlə görüşü qəbul etmirik".
Parisdə keçiriləcək yarmarkada iştirak etməməyə qərar verən türk şirkətləri, Nyu-Yorkdakı tədbirə qatılıb-qatılmayacaqlarına hələ qərar verməyib.
Türk şirkətlərinin stendlərinə xeyli sayda ziyarətçinin gəldiyini qeyd edən səlahiyyətlilər, bunun hər mövsümdə milyonlarla avro itki mənasına gəldiyini deyib: “Məsələn, dizayn studiyalarının ən böyük müştərisi türklərdir. “Niyə türkləri göndərdiniz?” deyə, onlardan da şikayətlər olacaq. Böyük ehtimalla yaponlar və koreyalılar da iştirakını dayandıracaqlar. Biz ölkə olaraq həssas davranırıq və daha yaxşı gələcəyə doğru yola çıxırıq. Bu vəziyyəti qəbul etməyin zərərləri gələcəkdə daha çox olacaq. Avropaya rəqib olmamaq üçün qiymət səviyyəsi və keyfiyyəti aşağı təəssürat yaradan bir salon yaradılır. Bunu pozmasaq, Türkiyənin yetişmək istədiyi əlavə dəyər yolunda olacağıq”.
Qeyd edək ki, “Premiere Vision Paris” 1973-cü ildən bəri ildə iki dəfə keçirilir. Sonuncu dəfə fevral ayında keçirilən yarmarkaya 120 ölkədən 2600-dən çox iştirakçı və 120 mindən çox mütəxəssis qatılıb.