30 Dekabr 2014 23:02
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə Azərbaycan Mərkəzi Bankı aşağı inflyasiya şəraitində pul siyasətinin təşviqedici imkanlarından istifadə edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi mətbuatda dərc olunmuş 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Sənəddə qeyd edilir ki, qeyri-neft sektorunda investisiya aktivliyinin artırılması və faiz dərəcələrinin azaldılması üçün şəraitin yaradılması məqsədi ilə AMB 2014-cü ildə faiz dəhlizinin parametrlərində iki dəfə dəyişiklik edib: "Nəticədə uçot dərəcəci mərhələli olaraq 4,75-dən 3,5 faizədək azaldılıb. Eyni zamanda, bankların daxili və xarici öhdəlikləri üzrə mütləq ehtiyat saxlama normaları 3-dən 2 faizədək azaldılıb. Bu tədbirlər depozitlər və kreditlər üzrə faiz dərəcələrinin azaldılmasına təsir etdi".

Bəyanatda bildirilir ki, bu ilin 11 ayında pul kütləsi pul tələbatına qarşı 6,6 faiz artıb: "Bu zaman nağdsız pul kütləsinin artımı nağd pul kütləsinin artımını 22 faiz bənd üstələyib".


Müəllif:

Oxşar xəbərlər