28 Aprel 2023 12:38
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən böyük mikro çip istehsalçısı “Intel” 2023-cü ilin birinci rübündə 2,8 milyard dollar itki ilə üzləşib.

Teleqraf.com xəbər verir ki, bu, şirkətin 2023-cü ilin birinci rübünün balans hesabatında öz əksini tapıb.

Şirkətin rəsmi gəlirləri 2022-ci ilin birinci rübü ilə müqayisədə 36% azalaraq 11,7 milyard dollar təşkil edib. Çip istehsalçısı ötən ilin birinci rübündə 18,4 milyard dollar gəlir əldə edib.

Hesabata görə, “Intel” keçən ilin birinci (yanvar-mart) rübündə əldə etdiyi 8,1 milyard dollar mənfəətdən 2,8 milyard dollar azalıb.

Gəlirlərin azalması makroiqtisadi neqativlərdən zərər görən “PC” və server çiplərinə tələbatın azalması ilə əlaqədardır. Hesab olunur ki, tələb mühiti ümumiyyətlə, sərtdir və inventar səviyyələri yığılır ki, bu da çiplərə tələbi azaldır.

Bu azalmaya baxmayaraq, şirkətinin baş direktoru Pat Gelsinger vəziyyəti müsbət qiymətləndirib.

O, bu göstəricinin şirkət tarixində ən yüksək rüblük itki olduğunu bildirib: “Şirkət ilk rübdə möhkəm nəticələr əldə etdi ki, bu da transformasiyamızda davamlı irəliləyişi təmsil edir.

Ümumilikdə isə, müəssisə və bulud server çipləri üçün pis bir rüb oldu. Vəziyyət bu ilin ilk yarısında da davam edəcək”.

Azalmaya baxmayaraq, “Intel” bu ilin sonunda “Emerald Rapids” kod adlı 5-ci nəsil “Xeon” çipini buraxacağının anonsunu verib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər