Dünya bazarlarında neftin qiymətində artım baş verib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Texas nefti (WTI) neftinin qiyməti sonuncu hərraclarda (Bakı vaxtı ilə saat 08:45 üçün olan məlumata görə) 1 barelə görə 0,44 dollar artaraq 49,09 dollar təşkil edib.
London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 0,24 dollar artaraq 51,39 dollara enib. /APA/