“Türkiyə-Yunanıstan sərhədində körpü tikiləcək. İspala sərhədində nəqliyyat vasitələrinin keçməsi üçün ikinci körpünün tikintisinə 2024-cü ildə başlanılacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstanın xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Kostas Franqoyannis açıqlayıb.
O, körpünün nəqliyyatda və ticarətdə böyük rahatlığı təmin edəcəyini bildirib: “İqlim böhranı və qeyri-qanuni miqrasiya sahəsində əməkdaşlıq vacibdir. Türkiyə ilə Yunanıstan müsbət münasibətlərin davam edəcəyi istiqamətində nikbinəm. Türkiyə ilə ikitərəfli münasibətlər əsasən nəqliyyat, ətraf mühit, kiçik və orta sahibkarlıq, turizm kimi iqtisadiyyat və ticarətin 29 sahəsində inkişaf etdirilir”.
Franqoyannis qeyd edib ki, müsbət gündəliyin ilk üç ilində ikitərəfli ticarətin asanlaşdırılması, turizmin canlandırılması və mülki müdafiə sahələrində əməkdaşlığın inkişafı istiqamətində mühüm addımlar atılıb: “Prezident Rəcəb Tayyib Ərdoğan və Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Nyu-Yorkda keçirdikləri görüşdə ikitərəfli münasibətlərdə müsbət ab-havanın davam etdirilməsinə dair razılığa gəldilər. Bizim ortaq məqsədimiz dekabrın 7-də Salonikidə keçiriləcək sammitdə müəyyən fəaliyyətlərlə bağlı memorandumlar və razılaşmalar imzalamaqdır".