3 Mart 21:15
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt neft hasilatının əlavə könüllü azaldılmasını ikinci rübdə uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə neft naziri İmad əl-Atiqi bildirib.

Qeyd olunub ki, Küveyt birinci rübdə hasilatı sutkada 135 min barel azaldıb və növbəti rüb üçün tədbirlərin uzadılmasını elan etmiş ilk OPEC+ ölkəsi olub. Eyni zamanda, “Bloomberg”in məlumatına görə, həm Küveyt, həm də oxşar öhdəliklər götürmüş digər dövlətlər neft hasilatının azaldılmasını 2024-cü ilin iyun ayına qədər uzatmağa razılaşıblar.


Müəllif: Teleqraf.com