22 Mart 20:53
1 424
12 Punto 14 Punto 16 Punto 18 Punto

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.

Teleqraf.com TANAP konsorsiumuna istinadla xəbər verir ki, Cənub Qaz Dəhlizinin ən mühüm həlqəsini təşkil edən və 30 iyun 2018-ci il tarixindən etibarən kommersiya qazının tədarükü həyata keçirildiyi TANAP ilə nəql olunan qazın həcmi 60 milyard kubmetrə çatıb.

TANAP Türkiyə və Avropanın enerji təchizatının strateji təhlükəsizliyinə mühüm töhfə verməkdə davam edir”, - konsorsiumun bəyanatında deyilir.

Qeyd edək ki, TANAP Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumi dəyəri yeddi milyard ABŞ dollarından azdır.

TANAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr qaz təşkil edir, gələcəkdə bu həcmin ildə 31 milyard kubmetrə qədər genişləndirilməsi mümkündür. Qazın altı milyard kubmetrə yaxını Türkiyəyə, qalanı isə Avropaya tədarük olunur.


Müəllif: Teleqraf.com