12:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilib.

Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, hərracda tələb 54,5 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Bundan öncəki - 4 fevralda keçirilən valyuta hərracında bankların dollar tələbi 52,9 milyon ABŞ dolları olmuşdu.

Bu ilin fevral ayında keçirilən iki valyuta hərracında banklara 107,5 milyon ABŞ dollar satılıb.


Müəllif: Bəkir Nərimanoğlu

Oxşar xəbərlər