17:00
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aqrar Tədarük və Təchizat” ASC tərəfindən 8-9 fevral tarixlərində Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Teleqraf.com xəbər verir ki, yarmarkada ümumilikdə 20 regiondan 50-dən çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-dən artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Yarmarka, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı) ünvanında, saat 9:00-dan 19:00-dək təşkil olunacaq.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır. “Kənddən Şəhərə” yarmarkasında fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar.

Qeyd edək ki, satışa çıxarılacaq məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana bilərlər.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər