Azərbaycanda həm milli, həm də xarici valyuta ilə yeni cəlb olunmuş əmanətlərə görə aşağı, kreditlərə görə isə yüksək faizlər tətbiq edilir.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər veirir ki, bu il yanvarın 1-nə olan vəziyyətə görə, manatla əmanətlərin orta faiz dərəcəsi 8,4 olub. Milli valyutada kreditlərin faizi isə 2 dəfəyə yaxın çox - 16,56 olub.
Ötən ilin, 1 yanvarına olan vəziyyətdə də, kredit faizləri əmanətdən 2 dəfə çox olub.
Xarici valyutada verilən əmanət və kreditərin faizlərində fərq 1,7 dəfə olub. Xarici valyuta əmanətlərin orta faizi 3,37, kreditlərin isə 5,93 olub.