Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.20% azalaraq 3.3232 ABŞ dollarına bərabər olub.
Teleqraf.com xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri isə 0.01% artaraq 53.39 avro təşkil edib.
Qeyd edək ki, "Title Transfer Facility"də qazın meqavat-saatının dəyəri aylıq əsasda 11.41% bahalaşıb.