Çinin antiinhisar tənzimləyicisi "Apple" və “App Store” ödənişləri ilə bağlı istintaqa hazırlaşır.
Teleqraf.com xəbər verir ki, “Bloomberg” məsələ ilə bağlı məlumatlı şəxslərə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası “Apple”ın siyasətini, o cümlədən tətbiqdaxili alışlarda 30%-ə qədər komissiya tətbiqini, xarici ödəniş xidmətlərinə və tətbiq mağazalarına qoyulan məhdudiyyətləri nəzərdən keçirir.
Məlumatda həmçinin qeyd olunub ki, Çin tənzimləyici qurumları ötən ildən bəri “Apple”ın rəhbərləri və tətbiq tərtibatçıları ilə danışıqlar aparır.
Məlumatlı şəxslər qeyd edib ki, Çin tənzimləyiciləri "Apple"ın yerli tərtibatçılardan yüksək ödənişlər alır. Yerli istehlakçılara zərər vururlar. Əgər "Apple" dəyişiklik etməyə müqavimət göstərərsə, hökumət rəsmi istintaqa başlaya bilər.
Bu barədə xəbərlərdən sonra "Apple"ın səhmləri ABŞ-nin ilkin bazar ticarətində 2,6% ucuzlaşıb.
Bundan əlavə, Çinin Ticarət Nazirliyi “Calvin Klein” və “Tommy Hilfiger” brendlərinin sahibi olan “PVH Corp” holdinqi və ABŞ-ın biotexnologiya şirkəti “Illumina”nı "etibarsız qurumlar" siyahısına daxil etdiyini açıqlayıb.