14:30
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki ildə AYNA informasiya sistemi çərçivəsində yaradılan “E-taksi”, “E-qaimə” və "E-bilet" sistemi kimi rəqəmsal xidmətlər istifadəyə verilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyyətinin sədri Anar Rzayev bildirib.

"Dövlət Proqramının tələblərinə uyğun olaraq, bu sistemlər vətəndaşlara səfərlərini planlaşdırmaq, ödənişləri rəqəmsal şəkildə həyata keçirmək və səfər vaxtlarını hesablamaq imkanı yaradır. Elektron taksi sistemi vasitəsilə sürücülərə daha çox sifariş almaq imkanı verilərək, müasir standartlara uyğun avtomobillərin istifadəsi təşviq edilir".

O bildirib ki, elektron sistemlər sayəsində, taksi xidmətlərində nəzarət daha effektiv şəkildə həyata keçirilir. Bu sistemlər, qanunsuz fəaliyyət göstərən taksilərə qarşı mübarizəni gücləndirmək üçün mühüm bir alətdir. Belə ki, hər hansı bir qanunsuz fəaliyyət müşahidə edildikdə, müvafiq tədbirlər görülə və taksi xidməti dayandırıla bilir.

Elektron taksi sistemində sürücülər üçün müasir standartlara uyğun avtomobillərin istifadəsi stimullaşdırılır. Bu, həm də iqtisadi mexanizmlərlə əlaqəlidir. Elektron sistemə qoşulmuş taksi sürücüləri, sərnişinləri daha tez çatdırmaqla və daha çox sifariş alaraq, gündəlik daha çox səfər edə bilərlər. Beləliklə, sistem taksi xidmətlərinin keyfiyyətini artırır və sürücülərə daha yüksək gəlir əldə etməyə imkan verir.

Qeyd edək ki, bu yeniliklər, Dövlət Proqramı çərçivəsində aparılan rəqəmsallaşdırma islahatlarının nəticəsidir və ölkə vətəndaşlarına daha müasir və rəqəmsal xidmətlər təqdim etməyə yönəlmiş mühüm addımlardır.


Müəllif: Fatimə Bağırova

Oxşar xəbərlər