Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev qurumun sədrinin müşaviri təyin edilib. Onun yerinə isə sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov təyin olunub.
Maliyyə idarəetməsi departamentinin direktoru Anar Mansurov, Mərkəzi Bankın Valyuta ehtiyatlarının idarə edilməsi departamentinin direktoru Tərlan Rəsulov və Mərkəzi Bankın Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev Mərkəzi Bankın baş direkotru vəzifəsinə təyin olunublar.