19 İyul 2015 19:10
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankı (AMB) leverec əmsalını 8-dən 6 faizə endirib.

Müvafiq dəyişiklik Ədliyyə Nazirliyinin Hüquqi aktların dövlət reyestrində dərc edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”na edilib. Dəyişiklik iyulun 14-dən qüvvəyə minib.

Leverec əmsalı – AMB-nin nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcminin 50 faizi istisna olmaqla, bankın I dərəcəli kapitalının balans aktivlərinə və balansdankənar öhdəliklərə (bankın hesablarında girov qoyulmuş milli valyuta ilə, xarici valyuta ilə və ya bank metalları ilə təmin olunmuş hissəsi istisna olmaqla) nisbətidir.

Leverec əmsalını hesablamaq üçün I dərəcəli kapitalı "tutulmalar"dan sonra aktivlərin (yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin 50 faizi çıxılmaqla) və balansdankənar öhdəliklərin məbləğinə bölmək, ardından isə 100 faizə vurmaq lazımdır.

Leverec normativi bankın güclü artımının məhdudlaşdırılması üçün nəzərdə tutulub./Trend/


Müəllif:

Oxşar xəbərlər