26 Aprel 2016 13:59
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranla ABŞ və Kanada şirkətləri enerji sahəsində danışıqlar aparır.

Teleqraf.com "Blumberq"ə istinadla xəbər verir ki, bu barədə İranın yarı-rəsmi "Mehr" agentliyi məlumat yayıb.

Məlumata görə, ABŞ və Kanada şirkətləri ilə danışıqların mövzusu neft satışı, texnologiya alışı, ölkənin neft-qaz sənayesinə investisiya qoyuluşunu əhatə edir. Adları gizli saxlanan ABŞ və Kanada şirkətləri İrana qarşı sanksiyaların götürülməsindən sonra müzakirələrə başlayan Avropa şirkətlərini qabaqlayıb.

Avropa Birliyi İranı nüvə razılaşmalarına məcbur etmək üçün 2012-ci ildə neft embarqosu tətbiq etmişdi.

ABŞ-ın təzyiqləri nəticəsində Cənubi Koreya və Yaponiya kimi Asiya ölkələri də sanksiyaya müəyyən dəstək verməli olmuşdu.

Ötən il İranla "5+1" ölkələrinin apardığı nüvə danışıqlarının sonunda sanksiyalar aradan qaldırıldı.

Mahir


Müəllif: