İran neft hasilatının dondurulması tərəfdarlarına qoşulmağa hazırdır.
Teleqraf.com-un məlumatına görə, bu fikri NİOC milli neft şirkətinin təmsilçisi Möhsen Kamsari yerli PressTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran neft hasilatını sanksiyadan əvvəlki sıviyyəyə - sutkada 4 milyon barelə çatdırmaqla dünya bazarında öz yerini tutub.
Kamsari son qərarı İranın neft naziri Bijan Zanganenin verəcəyini deyib.
Aprelin 17-də neft hasil edən və OPEK üzvü olan ölkələrin Doha görüşündə neft hasilatını 2016-cı ilin yanvar ayı həddində dondurmaqla bağlı müzakirələr aparılıb. Ancaq görüş nəticəsiz başa çatıb.
İran həmin müzakirələrə qoşulmayıb, Səudiyyə Ərəbistanı isə İransız bu addımı yetərsiz hesab edib.
Neft ölkələri hasilatı məhdud həddə saxlmaqla qiymətləri tənzimləmək məqsədi güdürlər.
Mahir