11 İyun 2016 22:15
1 749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkələrdə həbs edilməsi haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

Məsələ ilə bağlı Teleqraf.com-a danışan müğənni həbs edilməsi barədə deyilənləri şayiə adlandırıb: “Boş-boş şayiələrdir. Ailəmlə istirahətə gedirəm. Yalan xəbərlər məni cana yığdı. Bilmirəm nəyə görə gündəmə gələn müğənninin arxasınca artıq-əskik danışırlar. Artıq yorulmuşam. Mən başqalarının tayı deyiləm. Şəbnəm ziyalı ailənin övladıdır. Başımı aşağı salıb sənətimlə məşğul oluram. Şükür Allaha ailəmlə, uşağımla xoşbəxtəm. Hamımız qadınıq, anayıq, övlad sahibiyik. Orucluq ayıdır və orucumu indi açdım. Əlimi Allaha tutub qarğış edirəm. Dörd-beş aydır gündəmdəyəm, üzdəyəm, çalışıram ki, sənətimdə bir şey edim. Qoy mahnım haqqında yazsınlar. Yeni klipim çəkilib, inşallah, efirə çıxacaq. Mənim sponsorum yoxdur. Həyat yoldaşım, ailəm var. Toylarım bütün müğənnilərin toylarından çoxdur. Mənim Allahdan və ailəmdən başqa heç kimə ehtiyacım yoxdur. Çox stress keçirirəm. Sakit adam oturduğun yerdə işə düş, buna deyirlər. Məni hansısa müğənnilərə tay eləməsinlər! Mən kimlərəsə bənzəyən xanım deyiləm. Bu sənəti də sevdiyimə görə davam etdirirəm. Həyat yoldaşım da mənə dəstəkdir. Mənə sponsor filan lazım deyil. Şükür Allaha, başımı aşağı salıb sənətimlə məşğulam. Oruclu ağızla şər yazanlara qarğış edirəm”.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun vaxtilə müğənni Şəbnəm Tovuzlunu MTN-ə çağırması ilə bağlı xəbərlər yayılmışdı.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər